08/06/2019
17:00
1953
| A A A
Everton-da növbəti ayrılıq

Everton müdafiəçisi Eşli Uilyamsla yollarını ayırıb.

Goal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

34 yaşlı futbolçu ilə müddəti bitən müqavilənin yenilənməməsinə qərar verilib.

Uilyams Everton-da 2016-cı ildən çıxış edirdi. Uels yığmasında 85 oyun keçirmiş mərkəz müdafiəçisi Liverpul klubuna Swansea-dən transfer edilmişdi. O, bu klubda 73 oyuna çıxıb, 3 qola imza atıb.

Everton Uilyamsdan öncə, 12 il idi bu komandanın şərəfini qoruyan kapitan Fil Jaqelka ilə vidalaşdığını açıqlamışdı.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33186 səs