08/06/2019
17:27
2464
| A A A
Abatenin yeni klubu müəyyənləşdi

Milan-la müqaviləsinin müddəti bitən İqnasio Abatenin yeni iş yeri məlum olub.

Goal.az xəbər verir ki, 32 yaşlı müdafiəçi A Seriyasına yeni yüksələn Lecce ilə razılığa gəlib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Abate yeni klubuna azad agent kimi keçəcək.

Milan-ın yetirməsi olan Abate, “qırmızı-qaralar”la 306 rəsmi oyuna çıxıb. Müdafiənin sağ cinahında çıxış edən oyunçu 22 dəfə də İtaliya milli komandasının şərəfini qoruyub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34157 səs