09/06/2019
16:05
2195
| A A A
Juventus Milinkoviç-Saviç üçün 100 milyon təklif edir

Juventus-un Sergey Milinkoviç-Saviç sevdası bitmir.

Goal.az-ın məlumatına görə, Turin klubu serb futbolçu üçün yeni təklif hazırlayıb.

Belə ki, “qoca sinyora” yarımmüdafiəçinin qarşılığında Lazio-ya 100 milyon avro ödəməyə hazırdı. Bundan əlavə Juventus daha az məbləğlə bərabər iki oyunçu təklif etməyə də hazırlaşır. “Footbal İtalia” nəşri iddia edir ki, turinlilər Leonardu Spinazzola və Kristian Romeronu paytaxta yollamağa razıdır.

Qeyd edək ki, bu mövsüm İtaliya A seriyasında 31 oyunda meydana çıxan Milinkoviç-Saviç 5 qolla yadda qalıb.(matc.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17041 səs