10/06/2019
16:47
6712
| A A A
Poqba seçimini etdi

Manchester United-in yarımmüdafiəçisi Pol Poqba seçimini edib.

Goal.az-ın İngiltərə mətbuatına istinadən məlumatına görə, Fransa millisinin üzvü sabiq komandası Juventus-a qayıtmaq niyyətindədir.

Ulduz futbolçu turinlilərlə artıq keçid məsələsində ortaq məxrəcə gəlib. İndi qalır klubların transfer qiymətində anlaşması. "Qoca sinyora" onun transferini tamamlamaq üçün Duqlas Kosta və Joao Kanselo kimi oyunçularını satacaq.

Qeyd edək ki, Poqba Real-ın da maraq dairəsindədir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33192 səs