11/06/2019
12:28
3390
| A A A
Bayern Munich pul xərcləməsin deyə gözləyəcək

Bayern Munich Leipzig-in hücumçusu Timo Vernerin transferindən imtina edib.

Goal.az xəbər verir ki, Münhen təmsilçisi qarşı tərəfin tələbini çox görür.

Leipzig Almaniya millisinin üzvü üçün Bundesliqa çempionundan 65 milyon avro istəyib. Münhenlilər isə futbolçunun klubu ilə müqavilə müddətinin gələn ilin yayına qədər olduğunu nəzərə alaraq, bu keçiddən imtina edib. Bayern Munich rəhbərliyi Verneri 2020-ci ilin yayında havayı heyətinə qatmağı planlaşdırır.

Leipzig isə onun pulsuz ayrılmasının qarşısını almaq üçün 23 yaşlı qol "silahı"na yeni müqavilə təklif edib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34129 səs