11/06/2019
16:20
3724
| A A A
Buffon karyerasını keçmiş klubunda bitirə bilər

PSG-dən ayrılan Canluici Buffon karyerasını keçmiş klubunda başa vura bilər.

Goal.az xəbər verir ki, italiyalı qolkiper İtaliya A Seriyasına qayıtmaq istəyir. Onun yenidən yetirməsi olduğu Parma-nın formasını geyinəcəyi gözlənilir. Klub rəsmilərinin mümkün keçidlə bağlı 41 yaşlı qapıçı ilə danışıqlara başladığı iddia olunur. Tərəflərin yaxın günlərdə rəsmi müqavilə bağlayacağı bildirilir.

Geridə qalan mövsümdə PSG-nin heyətində 25 oyun keçirən C.Buffon eyni sayda qol buraxıb. O, 1995-2001-ci illərdə Parma-nın əsas komandasında çıxış edib.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5802 səs