11/06/2019
15:55
3324
| A A A
Manchester United Real-la danışıqlardan imtina etdi

Manchester United futbolçusu Pol Poqbaya görə Real-la danışıqlar aparmaqdan imtina edib.

Goal.az "AS"a istinadən xəbər verir ki,  "Kral klubu"nun baş məşqçisi Zinəddin Zidan fransalı yarımmüdafiəçinin komandaya transferini rəhbərlikdən istəyib. Ancaq Mançester təmsilçisi Poqbanın satılmadığını Real-a bildirib.

Qeyd olunub ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Ole-Qunnar Sulşerin yeni mövsüm üçün əsas 26 yaşlı oyunçuya güvənir.

Xatırladaq ki, Poqba ötən mövsüm 47 matçda 16 qol vurub, 11 qolun ötürməsini verib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17758 səs