12/06/2019
13:44
2494
| A A A
Qarabağ afrikalı futbolçu ilə maraqlanır

Cənubi Afrika Respublikasının (CAR) Kaizer Chiefs komandasının futbolçusu Hendrik Eksteyni heyətinə qatmaq istəyən Azərbaycan klubunun Qarabağ olduğu müəyyənləşib.

Bu barədə "Soccerladuma" nəşrinə etibarlı mənbədən bildirilib. Ölkə çempionunun 28 yaşlı yarımmüdafiəçi ilə ciddi maraqlandığı vurğulanıb: "Hər zaman, hətta gecələr də onlar oyunçunun təmsilçiləri ilə əlaqə qururdular. Bu, Azərbaycanın ən yaxşı komandalarından biri və Dino Ndlovunun sabiq klubu Qarabağ-dır".

Afrikalı oyunçunun agenti Paleza Mxize isə hazırda hansısa klub barədə danışmaq istəmədiyini deyib: "Oyunçuya ölkə xaricindən təklifin olduğunu təsdiqləyə bilərəm. Hər şeyi futbolçu ilə müzakirə etməliyəm. O, gələcəkdə növbəti addımı ilə əlaqədar nə baş verəcəyinə dair məsləhət verməlidir".

Qeyd edək ki, daha əvvəl Qarabağ-da CAR-dan olan hücumçu Dino Ndlovu (2016-2018) çıxış edib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33170 səs