17/06/2019
15:49
13442
| A A A
Atletico Madrid-dən rekord məbləğdə transfer

Benfica-da çıxış edən Joao Feliks karyerasını Atletico Madrid-də davam etdirə bilər.

Goal.az xəbər verir ki, Madrid klubu 20 yaşlı hücumçu üçün 120 milyon avro təzminat ödəməyi planlaşdırır.

Bildirilib ki, Feliksin transferi Antuan Qrizmannın satışından əldə olunan gəlirlə reallaşacaq.

Qeyd edək ki, Joao Feliks 2018/2019 mövsümündə bütün turnirlər daxil olmaqlar 43 oyunda meydanda olub, 20 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Bu keçid reallaşsa, Atletico-nun tarixində transfer rekordu yenilənəcək. Hazırda klubun ən bahalı transferi fransalı Toma Lemardır. 24 yaşlı yarımmüdafiəçi 2018-ci ilin yayında 70 milyon avro müqabilində Monaco-dan transfer edilib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37584 səs