18/06/2019
14:13
4793
| A A A
Poqbaya super təklif

Manchester United yarımmüdafiəçisi Pol Poqbanı satmaq istəmir.

Goal.az-ın məlumatına görə, fransalı yarımmüdafiəçi ayrılmaq niyyətində olsa da, "qırmızı şeytanlar" onu fikrindən daşındırmağa çalışır.

Real Juventus-un maraq dairəsində olan 26 yaşlı oyunçuya qalması üçün super təklif də edilib. Belə ki, Premyer Liqa klubu Poqbanın 290 min funt-sterlinq olan həftəlik məvacibini 500 minə yüksəltməyə hazırdır. Oyunçunun özünə də bu yöndə yeni müqavilə təklifi edilib. Fransa millisinin üzvü qalmağa razılıq verərsə, illik maaşı 26 milyon funt-sterlinq (29 milyon avro) olacaq.

Qeyd edək ki, Pol Poqbanın hazırkı müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37582 səs