20/06/2019
10:53
2475
| A A A
Herta-dan İtaliya nəhənginə

İnter klubu Herta-nın futbolçusunu heyətinə qatmağa yaxındır.

Goal.az xəbər verir ki, “neradzurri”nın yay transfer dövründə ilk hədəfi Herta-nın futbolçusu Valentino Lazarodur. İnter-in bu transfer üçün Berlin klubuna 25 milyon avro təklif etdiyi və Herta-nın da bu təklifi qəbul etdiyi bildirilir.

İtaliya təmsilçisinin Lazaro ilə də anlaşdığı və bu transferin yaxın günlərdə açıqlanacağı deyilir.

2018-ci ildə 6,5 milyon avro qarşılığında Herta-ya transfer olunan avstriyalı futbolçu geridə qalan mövsümdə iştirak etdiyi 34 oyunda 3 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37582 səs