20/06/2019
10:17
9504
| A A A
PSG Neymarın satış qiymətini açıqladı

PSG klubu braziliyalı ulduzu Neymarın satışı qiymətini açıqlayıb.

Goal.az “Le Parisien” nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi braziliyalı forvardı aldığından baha - 300 milyon avroya - satmaq niyyətindədir. Hazırda zədəli olan 27 yaşlı hücumçunun İspaniya təmsilçisi Barcelona-ya dönəcəyi gündəmdədir. Klubun yeganə şərti futbolçunun Paris klubuna gedərkən olan davranışlarına görə üzr istəməsidir.

Qeyd edək ki, PSG Neymarı 2017-ci ilin yayında Barcelona-dan 222 milyon avro qarşılığında transfer edib. Onun klubla müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
21581 səs