20/06/2019
15:44
25906
| A A A
Real-dan Neymar üçün sürpriz təklif

Yay transfer pəncərəsində 303 milyon avro qarşılığında 5 futbolçunu heyətə qatan Real rəhbərliyi dayanmaq niyyətində deyil.

Goal.az xəbər verir ki, Eden Hazardın ardından Perezin növbəti hədəfinin Neymar olduğu bəlli olub.

2013-cü ildə futbolçunun Barcelona-ya keçidinə mane ola bilməyən "kral klubu" indi onun üçün 130 milyon avro ilə yanaşı Beyl və Rodrigezi təklif edir. 

"Mundo Deportivo" PSG-də xoşbəxt olmadığını açıqlayan Neymar üçün Real-ın illik 30 milyon avro ödəməyə hazır olduğunu yazıb. Müqayisə üçün qeyd edək ki, sambaçı Paris klubunda ilinə 36 milyon məvacib alır.

Ulduz futbolçu ötən gün verdiyi açıqlamada PSG-də xoşbəxt olmadığını, evinə dönmək istədiyini dilə gətirmişdi.

Barcelona-nın da Neymarın dönüşündə maraqlı olduğu qeyd olunur.

PSG isə ulduz futbolçunun satışından 300 milyon ağro qazanmağı düşünür.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5145 səs