24/06/2019
14:21
3494
| A A A
Aleksandr Səmədov Azərbaycanda oynaya bilər

Krylya Sovetov-dan ayrılan Aleksandr Səmədov karyerasını ölkəmizdə davam etdirə bilər.

Goal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi "azerisport"a açıqlamasında Azərbaycandan təklif aldığını təsdiqləyib. Ancaq o, hələlik son qərarını vermədiyini söyləyib:

"Klubun adını çəkməyəcəyəm. Çünki indiki mərhələdə bunu demək qeyri-etik olar. Amma mənim həqiqətən belə bir variantım var. Hazırda Azərbaycan klubundan aldığım təklifi düşünürəm. Açığı, hələlik hər hansı qərar qəbul etməmişəm. Düşünmək üçün vaxt lazımdır."

Qeyd edək ki, A.Səmədov bu ilin yanvarında Moskva Spartak-ından azad agent kimi Krylya Sovetov-a keçmişdi.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37582 səs