24/06/2019
14:43
11949
| A A A
19 yaşlı müdafiəçi Juventus-da ən ödənişli ikinci oyunçu olacaq

Ajax-ın kapitanı Matteys de Liqt Juventus-a keçməyə yaxındır.

Turin klubu 19 yaşlı müdafiəçiyə illik 14 milyon avro məvacib ödəməyə hazırdır. "Qoca sinyora"nın hollandiyalı futbolçunun klubuna isə 70 milyon avroluq təklif göndərdiyi bildirilir.

Əgər De Liqtin Juventus-a keçidi gerçəkləşsə, o, A Seriyasında Kriştiano Ronaldodan sonra ən yüksək ödənişli 2-ci futbolçu olacaq. Portuqliyalı superulduzun illik gəliri 31 milyon avrodur.

Qeyd edək ki, ötən mövsüm Ayax-ın heyətində 55 oyun keçirən de Liqt 7 qol vurub və 4 məhsuldar ötürmə edib. Komandasına Hollandiya çempionluğu və kubokunun qazanılmasında kömək edən gənc müdafiəçi eyni zamanda Çempionlar Liqasında yarımfinal oynayıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37582 səs