25/06/2019
14:32
4183
| A A A
Rabyonun yeni klubu müəyyənləşdi

PSG-nin yarımmüdafiəçisi Adrien Rabyonun yeni klubu müəyyənləşib.

Goal.az-ın məlumatına görə, Fransa millisinin üzvü yeni mövsümdən Juventus-un formasını geyinəcək.

Ulduz futbolçu "qoca sinyora" rəhbərliyi ilə bu gün son dəfə bir araya gələcək və müqavilə məsələsində anlaşma əldə ediləcək. Juventus onu iyulun 1-də təqdim etməyi planlaşdırır. Çünki Rabyo məhz həmin gündən etibarən azad agent statusuna malik olacaq.

Orta sahə oyunçusunun Turin təmsilçisində illik məvacibi 7 milyon avro təşkil edəcək. Futbolçu eyni zamanda 10 milyon avro müqavilə haqqı alacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22201 səs