25/06/2019
15:14
4802
| A A A
"Möhtəşəm 7 ildən sonra Milan-ı tərk edirəm" - Zapata

Milan futbolçusu Kristian Zapata ilə yolları ayırıb.

Goal.az xəbər verir ki, 32 yaşlı müdafiəçi ilə başa çatan müqavilənin müddəti artırılmayıb.

Kolumbiyalı futbolçu isə öz növbəsində İnstagram hesabı vasitəsi ilə Milan azarkeşləriylə vidalaşıb:

- "Möhtəşəm 7 ildən sonra Milan-ı tərk edirəm. Bu inanılmaz illər idi. Dünyanın ən yaxşı komandalarından birində oynamaq imkanı yaratdığı üçün kluba, çiyin-çiyinə mübarizə apardığımız bütün komanda yoldaşlarıma, daha da yaxşı futbolçu və şəxsiyyət olmağım üçün köməklik edən məşqçilərimizin hər birinə, Milanellonun bütün əməkdaşlarına minnətdarlığımı bildirmək istərdim. Sözsüz ki, çətin anlarımızda komandamıza və şəxsən mənə dəstək olan Milan azarkeşlərinə də dərin minnətdarlığımı bildirirəm.

Çox sağ olun. Burada mənim karyeramın Milan səhifəsi qapanır və bu əbədi mənim qəlbimdə qalacaq. Sevgilərlə, Kristian"

Qeyd edək ki, Zapata ötən mövsüm Milan təmsilçisi ilə 19 oyuna çıxıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37581 səs