08/07/2019
11:18
2775
| A A A
Qarabağ çex qapıçını transfer edir

Qarabağ Şotlandiyanın Saint-Mirren klubunun qapıçısı Vatslav Qladka elçi düşüb.

Goal.az "The Scottish Sun”a istinadən xəbər verir ki, Azərbaycan klubu çex qolkiper üçün 200 min funt-sterlinq (426 min manat) təklifi edib. Amma şotlandlar təklifi qəbul etməyib. Saint-Mirren 29 yaşlı qapıçını daha böyük məbləğə satmaq istəyir.

Qarabağ futbolçuya hazırkı əmək haqqının 6 qatını verməyə hazırdır. Ona görə də Azərbaycan çempionunun Qladkinin transferi üçün Saint-Mirren-ə daha yaxşı təklif irəli sürəcəyi gözlənilir.

Qeyd edək ki, Vatslav Qladki 2016/17 mövsümündə Avropa Liqasının qrup mərhələsində Çexiyanın Slovan klubunun heyətində yer alsa da, Qarabağ-la hər iki matçda ehtiyatda qalıb. O, bu ilin yanvarında Slovan-dan Saint-Mirren-ə transfer olunub. O, Şotlandiya klubunun heyətində 21 oyun keçirib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
21582 səs