09/07/2019
15:02
979
| A A A
Sabah-da iki yeni futbolçu

Sabah klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.

Goal.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi gənc oyunçular – Anar Panayev və Abbas Ağazadəni transfer edib. Hər iki futbolçu ilə 3 illik müqavilə bağlanıb.

Ağazadə Qəbələ futbol akademiyasının yetirməsidir. 1999-cu il təvəllüdlü futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir.

Anar Panayev də yarımmüdafiəçidir. Anji futbol akademiyasının yetirməsi olan azərbaycanlı futbolçu 2000-ci il təvəllüddür.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
21590 səs