10/07/2019
12:18
1631
| A A A
PSG-nin futbolçusu Porto-nun hədəfində

PSG-nin qapıçısı Kevin Trapp karyerasını Portuqaliyada davam etdirə bilər.

Goal.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, son mövsümü icarə əsasında Eintracht-da (Frankfurt) keçirən 29 yaşlı futbolçu, Porto-nun transfer hədəfindədir.

PSG-nin uyğun məbləğdə təklif alarsa, Trappın ayrılığına mane olmayacağı bildirilir. Porto-nun tezliklə Paris təmsilçisinə rəsmi təklif göndərməsi gözlənilir.

Almaniyalı futbolçu son mövsümdə iştirak etdiyi 45 oyunda 61 qol buraxıb, 12 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36509 səs