10/07/2019
18:55
3085
| A A A
Milan Braziliya yığmasının futbolçusu ilə maraqlanır

Braziliya milli komandasının heyətində Amerika kubokunda göstərdiyi oyunla diqqətləri üzərinə çəkən və yığmanın bombardiri olan Everton karyerasını İtaliyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, Gremio-nun 23 yaşlı futbolçusu Milan-ın transfer hədəfindədir.

“Rossoneri"nin “sambaçı” üçün 40 milyon avroluq təklif hazırladığı bildirilir. Cinah futbolçusunun təzminat məbləği 60 milyon avro olsa da, onun Milan-da oynamağa müsbət yanaşdığı deyilir.

Klubla 2022-ci ilədək müqaviləsi olan Everton, son mövsümdə iştirak etdiyi 12 oyunda 6 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36502 səs