11/07/2019
11:43
1499
| A A A
Neftçi-dən ayrılan futbolçu II liqa klubunda

Mövsüm başa çatan kimi Neftçi-dən ayrılan Petru Rakunun yeni klubu müəyyənləşib.

Müdafiəçi karyerasını Rumıniyada davam etdirəcək.

Neftçi ilə müqavilə müddəti başa çatdığı üçün azad agent statusu alan 31 yaşlı futbolçu Petrolul-la anlaşıb. Moldova klublarının təklfini rədd edən milli üzvü yeni komandası ilə 1+1 illik müqavilə bağlayıb. II liqa təmsilçisi hazırda Türkiyədə təlim-məşq toplanışındadır.

Qeyd edək ki, Petru Raku ötən mövsümün ikinci yarısını Neftçi-də keçirib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22005 səs