11/07/2019
16:29
5515
| A A A
Asensio İngiltərə nəhənginin hədəfində

Liverpool Real Madrid-in futbolçusunu heyətinə qatmaq niyyətindədir.

Goal.az xəbər verir ki, "mersisaydlılar", “kral klubu”nun 23 yaşlı futbolçusu Marko Asensionu transfer etmək istəyir. Baş məşqçi Yurgen Kloppun qətiyyətlə istədiyi futbolçu üçün Liverpool Madrid təmsilçisinə 67 milyon funt-sterlinq təklif edib.

Real-ın baş məşqçisi Zinəddin Zidanın ispan futbolçunun oyunundan razı olduğu və onun komandada qalmasının tərəfdarı olduğu bildirilir.

Qeyd edək ki, 2015-ci ildən Real-da çıxış edən cinah futbolçusunun müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5911 səs