15/07/2019
19:17
3111
| A A A
Bayern Munich mərakeşli futbolçunu heyətə qatmağa yaxındır

Ajax-ın futbolçusu Hakim Ziyexin yeni klubu məlum olur.

Goal.az xəbər verir ki, Almaniyanın Bayern Munich klubu 26 yaşlı futbolçunu heyətinə qatmağa yaxındır. Münhen klubunun futbolçunun meneceri ilə görüşdüyü və ilkin danışıqların müsbət yekunlaşdığı bildirilir.

Bayern Munich mərakeşli futbolçu üçün 30 milyon avro ödəyəcək.

Ajax-la 2021-ci ilədək müqaviləsi olan Ziyex, son mövsümdə iştirak etdiyi 49 oyunda 21 qol, 24 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27572 səs