21/07/2019
10:33
4477
| A A A
De Rossinin yeni klubu açıqlandı

Roma-dan ayrılan Daniele De Rossi karyerasını Argentinada davam etdirəcək.

Goal.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Boca Juniors-la razılıq əldə edib. Bu barədə Argentina təmsilçisinin prezidenti Daniel Anxeliçi açıqlama verib:

“De Rossi yaxın zamanda bizə qoşulacaq. O, Boca Juniors üçün oynamaq istəyir. Deyə bilərəm ki, 99 faiz bizim oyunçudur”.

İtaliyalı futbolçunun Argentina klubu ilə 8 aylıq müqavilə bağlayacağı və 500 min avro qazanacağı bildirilir.

2002-ci ildən Roma-nın əsas komandasında çıxış edən Rossi, son mövsümdə 22 qarşılaşmada iştirak etmişdi.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7220 səs