30/07/2019
15:30
17222
| A A A
Mahir Emrelini transfer etmək istəyən İspaniya klublarının adı açıqlandı

Qarabağ-ın futbolçusu Mahir Emrelini heyətinə cəlb etmək istəyən İspaniya klublarının adları bəlli olub.

Goal.az AS nəşrinə istinadən xəbər verir ki, bunlar səviyyəcə ikinci liqada çıxış edən Estremadura və Malaga kollektivləridir.

22 yaşlı hücumçunun karyerasını İspaniyada davam etdirməyə çox yaxın olduğu bildirilib. Estremadura-nın Azərbaycan millisinin futbolçusu üçün Ağdam təmsilçisinə rəsmi təklif göndərdiyi də vurğulanıb.

Malaga oyunçunu heyətinə cəlb etmək istəsə də, klubun üzləşdiyi maddi problemlər bu keçidi çətinləşdirir.

Qeyd edək ki, Emreli 2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasında 16 qolla bombardir olub. Onun Ağdam klubu ilə 2020-ci ilin iyulun 30-a kimi müqaviləsi var.(report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28383 səs