06/08/2019
17:36
22654
| A A A
PSG Neymarı 3 kluba təklif etdi, biri dərhal imtina etdi

PSG hücumçusu Neymarın gedişinə razılıq verib.

Goal.az-ın xarici mətbuata istinadən məlumatına görə, Paris təmsilçisi Braziliya millisinin üzvünü icarə əsasında göndərməyin tərəfdarıdı.

27 yaşlı "sambaçı" uğrunda mübarizədə əsas namizəd Barcelona olsa da, fransızlar qarşı tərəflə olan münasibətlərə görə, onu sabiq klubuna satmaq niyyətində deyil. PSG Neymarın icarə əsasında başqa kluba yollanmasına çalışır. Rəhbərlik bununla bağlı hətta 3 kluba - Real, JuventusManchester United-ə təklif də göndərib. Manchester United-in cavabı gecikməyib. "Qırmızı şeytanlar" 20 milyon avro ödəməklə Neymarı heyətə qatmaq istəmədiklərini bildiriblər.

Qeyd edək ki, Barcelona-nın bu transfer üçün 250 milyon avro təklif etdiyi bildirilib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28384 səs