07/08/2019
12:56
5437
| A A A
Donnarumma və Dibalanın taleyi Neymardan ayrıdır

Juventus-un futbolçusu Paulo Dibala və Milan-ın qapıçısı Canluici Donnarumma karyeralarına Fransada davam edə bilərlər.Goal.az

 Fransa mətbuatına istinadən xəbər verir ki, hər iki futbolçu PSG-nin maraq dairəsindədir. Bu futbolçuların transferi isə Paris klubudan ayrılmaq istəyən Neymardan asılıdır. Belə ki, braziliyalı futbolçu PSG-dən ayrılacağı halda, klub həm Dibala, həm də Donnarumma üçün hərəkətə keçəcək. Klubun idman direktoru Leonardo komandaya qapıçı transferinin mütləq olduğunu, Alfons Areola və Kevin Trappın yaxşı qapıçı olmalarına baxmayaraq, Çempionlar Liqasında daha inamlı qolkiperə ehtiyac hiss etdiklərini bildirib.

Neymarın klubda qalacağı dəqiqləşərsə, PSG transfer pəncərəsinin sonuna qədər böyük transfer həyata keçirməyəcək.

PSG bir müddət əvvəl də Donnarummanı heyətinə qatmağa çalışmış, Milan isə bu transfer üçün 50 milyon avro tələb etmişdi.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27246 səs