08/08/2019
17:10
7310
| A A A
Real Madrid "yaponiyalı Messi"ni icarəyə göndərdi

Real Madrid bu yay heyətinə cəlb etdiyi yaponiyalı futbolçu Takefusa Kubonu icarəyə verib.

Goal.az xəbər verir ki, Barcelona-nın yetirməsi La Liqanın digər klubuna keçib.

Belə ki, "kral klubu" onu Valladolid-ə icarəyə verib. Razılığa əsasən, "yaponiyalı Messi" ləqəbli futbolçu qarşıdakı mövsümü Valladolid-də keçirəcək. İcarə müddəti gələn yay yenidən uzadıla bilər.

Qeyd edək ki, Takefusa Kubo ötən mövsüm Tokio-nun heyətində 30 oyun keçirib, 6 qola imza atıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28380 səs