09/08/2019
15:54
1521
| A A A
Dzeko istəyir, Roma istəmir

İnter uzun müddətdir heyətinə qatmaq istədiyi Roma-nın futbolçusu ilə razılıq əldə edib.

Goal.az xəbər verir ki, “neradzurri”, Roma-nın 33 yaşlı hücumçusu Edin Dzeko ilə razılıq əldə edib. Futbolçunun meneceri və klub nümayəndələri arasında keçirilən görüşdə ilkin razılıq əldə olunub. Bu gün İnter transferi tamamlamaq üçün Roma ilə növbəti dəfə danışıqlara başlayacaq. Dzekonun karyerasını İnter-də davam etdirmək istəməsinə baxmayaraq, “canavarlar” onun komandadan ayrılmasını istəmir. Klub rəhbərliyi heyətdə Dzekonu əvəz edə biləcək futbolçunun olmadığını və bu ayrılığın komandanı çətin vəziyyətə salacağını bildirir.

Bir müddət əvvəl İnter-in futbolçu üçün 15 milyon avro təklif etdiyi, paytaxt klubunun isə 20 milyon istədiyi deyilirdi. Hazırda İnter-in bu məbləği artırmaq niyyətində olduğu bildirilir.(komanda.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28685 səs