10/08/2019
11:16
841
| A A A
Şkrtel İtaliya klubuna keçdi

Atalanta heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, A Seriyası təmsilçisi Fenerbahçe-dən ayrılan Martin Şkrteli transfer edib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı slovakiyalı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Fenerbahçe ilə müqaviləsinin müddəti bitdiyi üçün Türkiyədən azad agent kimi ayrılan Şkrtelə görə yeni klubu heç bir təzminat ödəməyib.

Karyerası ərzində Zenit və Liverpool kimi klubların da şərəfini qorumuş Şkrtel, 2016-cı ildən formasını geyindiyi Fenerbahçe ilə yeni müqavilə üçün danışıqlar aparsa da, maliyyə şərtlərində razılığa gələ bilməmişdi.

Qeyd edək ki, Slovakiya yığmasında 100-dən çox oyun keçirmiş Şkrtel, Atalanta-da 37 nömrəli formanı geyinəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28683 səs