Messi Neymardan Real-a keçməməyi xahiş etdi
İspaniyanın Barcelona klubunun futbolçusu Lionel Messi Fransa PSG-sinin hücumçusu Neymarın transferi ilə bağlı danışıqlara qoşulub.
Goal.az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, argentinalı forvard braziliyalı oyunçuya zəng edib. O, Neymardan Real Madrid-ə keçməməyi və "Barca"ya qayıtmağı xahiş edib.
Daha əvvəl Neymar uğrunda mübarizədə "kral klubu"nun öndə olduğuna dair xəbər yayılıb. Bu məlumat PSG-nin Kataloniya təmsilçisi ilə münasibətlərinin pisləşməsi ilə əlaqələndirilib.
Qeyd edək ki, Neymar Barcelona-da 2013 - 2017-ci illərdə forma geyinib. 27 yaşlı hücumçu ötən mövsüm PSG-də 28 oyunda 23 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Paris klubu ilə müqaviləsi 30 iyun 2022-ci ilədək qüvvədədir.