21/08/2019
17:44
2984
| A A A
Real Fernandeslə yaxından maraqlanır

Real Portuqaliya Sporting-indən Bruno Fernandeslə yaxından maraqlanır.

Goal.az Portuqaliyanın “A Bola” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı yarımmüdafiəçini transfer etmək niyyətindədir. 

Lissabon təmsilçisi Fernandes üçün Real-dan 70 milyon avro tələb edir. Bu məbləği vermək istəməyən La Liqa klubu Sporting-in qiymətdə endirim edəcəyi təqdirdə, Fernandesin keçidini həll edəcək.

Fernandeslə Tottenham və Manchester United də yaxından maraqlanırdı. Sporting-in tələb etdiyi məbləğin yüksək olması səbəbindən, hər iki klub portuqaliyalı oyunçunun transferindən imtina etmişdi.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33458 səs