24/08/2019
10:46
10181
| A A A
Barcelona Juventus-dan futbolçu alır

Barcelona növbəti transferini həyata keçirməyə yaxındır.

Goal.az-ın "La Gazzeta dello Sport"a istinadən yaydığı xəbərə görə, Kataloniya klubu Rodriqo Bentankurun transferi ilə bağlı Juventus-la razılığa gəlib. Razılığa əsasən, 22 yaşlı yarımmüdafiəçi üçün 60 milyon avro təzminat ödəniləcək.

Transfer gerçəkləşəcəyi təqdirdə, bu məbləğin yarısı R.Bentankurun sabiq klubu Boca Juniors-a ödəniləcək.Çünki oyunçunun transfer hüquqlarının 50 faizi Argentina təmsilçisinə məxsusdur.

Qeyd edək ki, Bentankur 2017-ci ildə 12.5 milyon avroya Boca Juniors-dan Turin təmsilçisinə keçib.