24/08/2019
14:22
24818
| A A A
Neymar Barcelona-ya müraciət etdi

PSG-nin futbolçusu Neymar İspaniyanın Barcelona klubuna müraciət ünvanlayıb. 

Goal.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu rəhbərlikdən onun transferi üçün təklif olunan məbləği artırmağı xahiş edib. 

Daha öncə PSG Kataloniya təmsilçisinin braziliyalı oyunçunu satın almaq maddəsi ilə icarəyə götürmək istəyini geri çevirib. Çünki Fransa klubu qarşı tərəfin təklif etdiyindən daha böyük məbləğ tələb edir. Neymarın nümayəndələri keçidin tez reallaşması üçün Barcelona rəhbərliyinə təsir göstərməyə çalışırlar. 

Qeyd edək ki, Neymar 2 il əvvəl Barcelona-dan PSG-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Paris klubu ilə 2022-ci ilədək müqaviləsi var. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33452 səs