25/08/2019
16:21
2829
| A A A
Arsenal-ın futbolçusu La Liqa klubuna keçir

Arsenal-ın ispan futbolçusu Naço Monreal Real Sociedad-a keçməyə yaxındır.

Goal.az xəbər verir ki, bu barədə İspaniyanın "Marca" nəşri yazıb. 33 yaşlı futbolçunun təmsilçiləri klubla danışıqlar aparır.

Qeyd olunur ki, müqavilə iki il müddətinə nəzərdə tutulacaq.