03/09/2019
14:52
20522
| A A A
Barcelona prezidenti dünyanı güldürmək istəmədiklərini deyib

İspaniya La Liqasında transfer pəncərəsi ötən gün bağlanıb. Barcelona-nın prezidenti Xosep Mariya Bartemou PSG-nin futbolçusu Neymarın keçidinin alınmama səbəbini açıqlayıb.

Goal.az xəbər verir ki, o, Paris təmsilçisinin yüksək tələbləri səbəbindən braziliyalı oyunçunun transferinin alınmadığını təsdiqləyib. Klub rəhbəri bildirib ki, PSG Neymar üçün 150 milyon avro, həmçinin 3 futbolçu – Jan-Klera Todibo, İvan Rakitiç və Usman Dembelenin icarə verilməsini istəyib.

"Hər şey bitdi. Biz bütün dünya futbolu üçün gülüş mənbəyi olmayacağıq" - deyə Bartomeu bildirib.

Qeyd edək ki, Neymarın PSG ilə müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatır.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34159 səs