03/09/2019
15:58
1880
| A A A
Konoplyanka vətəninə qayıtdı

Şaxtyor heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, Donetsk təmsilçisi Schalke-nin futbolçusu Yevgeni Konoplyankanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Konoplyanka 2017-ci ildən oynadığı Almaniya təmsilçisində 78 matçda 13 qol vurub. Dnepr-in yetirməsi olan vinger bir müddət Sevilla-da çıxış edib.