03/09/2019
16:41
1884
| A A A
Beşiktaş Sporting-in hücumçusunu transfer etdi

Beşiktaş heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, İstanbul təmsilçisi Sporting-in malili hücumçusu Abdulay Diabini sıralarına cəlb edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı forvard 1 illik icarəyə götürülüb.

Qeyd edək ki, Diabi Lissabon təmsilçisində ötən mövsüm 40 oyuna çıxıb, 7 qol vurub.