05/09/2019
21:05
2110
| A A A
Donald Gerye rəsmən Neftçi-də

Donald Geryenin “Neftçi”yə keçidi rəsmiləşib.

Goal.az klubun saytına istinadən xəbər verir ki, haitili yarımmüdafiəçi ilə 1+1 il müddətinə müqavilə bağlanılıb. 30 yaşlı futbolçu “Neftçi”də 77 nömrəli formanı geyinəcək.

Sonuncu klubu "Qarabağ” (2017-2019) olan Gerye Haitinin "Violett” (2009-2011), "Amerika de Ke” (2011-2013), Polşanın "Visla” Krakov (2013-2016) və Türkiyənin "Alanyaspor” (2016-2017) komandalarında çıxış edib. Azərbaycan çempionatının qalibi (2018, 2019) olmuş futbolçu Haiti milli komandasının heyətində 44 oyun keçirib, 11 qola imza atıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33950 səs