08/09/2019
20:45
1814
| A A A
Manchester City və Juventus-un keçmiş futbolçusu Bolqarıstan klubunda

Karyerası ərzində Manchester City, Juventus kimi klublarda forma geyinmiş Valeri Bojinovun yeni iş yeri məlum olub.

Goal.az xəbər verir ki, 33 yaşlı forvard Bolqarıstanın Botev klubuna transfer olunub. Bu barədə Vratsa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Karyerası ərzində Fiorentina, Manchester City, Juventus, Parma, Sporting kimi komandalarda çıxış edən Bojinov, son olaraq Bolqarıstanın Levski klubunun uğurları üçün çalışırdı.

Bojinov 43 dəfə Bolqarıstan millisinin formasını geyinib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33950 səs