22/09/2019
15:00
3587
| A A A
ÇL-da 3 qol vuran futbolçu Barcelona-nın hədəfində

Barcelona transfer çalışmalarına indidən start verib.

Goal.az xəbər verir ki, Kataloniya klubu Avstriyanın Salzburg klubunun forvardı Erlinq Halanda "elçi düşüb".

Bu mövsüm oynadığı 9 matçda 17 qol vuran və 5 məhsuldar ötürmə edən 19 yaşlı futbolçu son olaraq Çempionlar Liqasının Genk-lə oyununda het-trik edib. Barcelona-nın baş məşqçisi Ernesto Valverde qış fasiləsində norveçli hücumçunun alınmasını istəyib.

Salzburg hələ Erlinq Halanda qiymət qoymayıb. Amma onun qış fasiləsində olmasa da, mövsümün sonunda dünya nəhənglərindən birinə transfer olunacağı dəqiqdir.

Qeyd edək ki, Erlinq Haland bu ilin yanvarında Molde-dən Salzburg-a 5 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 12 milyon avro qiymət qoyub.(fanat.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36012 səs