25/09/2019
11:54
2186
| A A A
Milan və Manchester United arasında mübarizə

Brescia klubunun futbolçusu Sandro Tonali klubunu dəyişə bilər.

Goal.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi Milan və Manchester United-in diqqət mərkəzinə düşüb.

Brescia-nın yetirməsi olan yarımmüdafiəçi bu mövsüm A Seriyasında 5 oyuna çıxıb. Yeni Pirlo adlandırılan futbolçunun klubu ilə hazırkı müqaviləsi 2021-ci ilin yayına qədərdir.

21 yaşadək futbolçulardan ibarət İtaliya milli komandasının da formasını geyinən Tonalinin transfer dəyəri 25 milyon avrodur.

Qeyd edək ki, Tonalli Milan azarkeşidir və məhz bu kluba keçmək arzusunda olduğunu bildirib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36014 səs