30/09/2019
19:20
1387
| A A A
Boca Juniors İbrahimoviçi heyətə qatmağa hazırlaşır

Boca Juniors Zlatan İbrahimoviçi transfer etməyi planlaşdırır.

Goal.az xəbər verir ki, bu barədə məlumatı klubun direktorlar şurasının sədri Xorxe Anro verib. O bildirib ki, maliyyə durumları İbranı transfer etmək üçün münasibdir:

"Bəli, İbrahimoviç Boca Juniors-da oynamaq istəyir. Biz onu almağı planlaşdırırıq. Hazırda maliyyə durumumuz yaxşıdır və İbranın transferini reallaşdırmağa imkan verir”.

37 yaşlı Zlatan 2018-ci ildən Los-Angeles Galaxy-də çıxış edir. İsveçli hücumçu cari mövsümdə MLS-də keçirdiyi 27 oyunda 28 qol vurub. Onun qüvvədə olan müqaviləsi 2019-cu ilin dekabrın 31-də başa çatır.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36023 səs