03/10/2019
11:30
3141
| A A A
Bayern Münich Koutinyo barədə qərarını verdi

Bayern Münich yay fasiləsində Barcelona-dan icarəyə götürdüyü Filipp Koutinyo barədə qərarını verib.

Goal.az xəbər verir ki, Münhen təmsilçisi braziliyalı ulduz futbolçunu birdəfəlik transfer etməyə hazırlaşır.

"Sambaçı"nın mövsümün əvvəlindəki performansından məmnun qalan almanlar Barcelona ilə anlaşmaya sadiq qalacaq. Belə ki, onlar 120 milyon avroluq təzminatı ödəməyə razılıq verib. La Liqa klubu ilə 2023-cü ilə qədər müqaviləsi olan Koutinyo tezliklə Bundesliqa çempionuna transfer olunacaq.

Qeyd edək ki, Filipp Koutinyo bu mövsüm meydana çıxdığı 7 oyunda 2 qol, 3 assistlə yadda qalıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36023 səs