07/10/2019
14:38
1913
| A A A
Dembele karyerasını Manchester United-də davam etdirə bilər

Lyon-un hücumçusu Musa Dembele karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Goal.az "Daily Mail"ə istinadən xəbər verir ki, Manchester United 23 yaşlı hücumçu ilə maraqlanır. Klubun skautları Saint-Etienne - Lyon matçında olub və futbolçunun hərəkətlərini izləyiblər.

Lyon-un baş məşqçisi Silvinyonun heyəti daim yeniləməsi səbəbindən Dembele həmişə start heyətində yer almır, buna görə Manchester United rəhbərliyi hücumçunu yanvar ayında ucuz qiymətə almağı planlaşdırır.

Dembele 2018-ci ildən bəri Lyon-da oynayır. Liqa 1-in cari mövsümündə fransalı 8 oyun keçirib və 6 qol vurub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36012 səs