10/10/2019
18:32
2938
| A A A
Mandzukiç Premyer Liqa klubu ilə razılığa gəldi

Juventus-un hücumçusu Mario Mandzukiç İngiltərəyə köçməyə hazırlaşır.

Goal.az xəbər verir ki, xorvatiyalı forvard Manchester United-lə anlaşıb.

Tərəflər arasında danışıqlar, demək olar ki, müsbət yekunlaşıb. Ulduz futbolçu böyük ehtimalla qış fasiləsində Mançesterə yollanacaq. Çempionlar Liqasında Juventus-un iştirak ərizəsinə salınmayan Mandzukiçin keçidi üçün klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Mario Mandzukiç yay fasiləsində Qətər klubu ilə anlaşsa da, keçid son anda baş tutmamışdı.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36851 səs