25/10/2019
18:36
3398
| A A A
İnter-in 2 futbolçusu Barcelona-nın hədəfində

İnter-in 2 futbolçusu – Milan Skriniar və Stefan de Vrey Barcelona-nın diqqət mərkəzinə düşüb.

Goal.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Barcelona-nın qış transfer pəncərəsi dövründə hər iki oyunçu üçün danışıqlara başlayacağı bildirilir.

Həm Çempionlar Liqası, həm də İtaliya A Seriyasında mübarizə aparan İnter-in qış fasiləsində iki futbolçusunu da eyni zamanda satacağı isə inandırıcı deyil. Barcelona isə Samuel Umtitinin tez-tez zədələnməsinə görə artıq qış fasiləsində yeni müdafiəçi almaq niyyətindədir.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5064 səs