29/10/2019
14:00
1735
| A A A
Rakitiç Barcelona-dan gedə bilər

İvan Rakitiç Barcelona-dan qışda böyük ehtimalla ayrılacaq.

Goal.az xəbər verir ki, xorvat yarımmüdafiəçi komandasını dəyişmək istəyi ilə bağlı klub rəhbərliyi ilə görüşüb. Kataloniya təmsilçisi 31 yaşlı oyunçunun başqa kluba keçməsinə razılıq verib.

Bildirilir ki, Rakitiçə matçlarda az şans verildiyi üçün o, Barcelona-dan ayrılmaq qərarına gəlib.

Qeyd edək ki, Rakitiç bu mövsüm La Liqada 6 oyunda meydana çıxıb. Onunla Manchester United və İnter-in maraqlandığı iddia olunur.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39741 səs