31/10/2019
17:46
2756
| A A A
Daha bir klub Erlinq Halandla maraqlanır

Salzburg-un hücumçusu Erlinq Halandla maraqlanan klubların sayı getdikcə artır.

Goal.az-ın xarici mətbuata istinadən məlumatına görə, daha bir nəhəng komanda gənc forvardı heyətinə qatmaq fikrinə düşüb.

Real və Manchester United-dən sonra Juventus da 19 yaşlı oyunçu uğrunda mübarizəyə qoşulub. Hətta menecer Mino Rayola norveçlinin mövsümün sonunda İtaliya klubuna transferi məsələsi üçün danışıqlara başlayıb. "Qoca sinyora" bu keçidin reallaşması üçün Salzburg-a 40 milyon avro təklif etməyə hazırlaşır.

Qeyd edək ki, Erlinq Haland bu mövsüm bütün turnirlərdə 22 qola imza atıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5068 səs